Əlaqə Arxiv
news Image
2015.09.21
19:30
| A A A
Azərbaycan gələn il cari neft-qaz hasilatı həcmini saxlamağı planlaşdırır

Gələn il Azərbaycanda neft-qaz hasilatının həcminin 2015-ci ildəki səviyyədə saxlanılması planlaşdırılır. Movqe.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi SOCAR-ın nümayəndəsinə istinadən xəbər verir.


Nümayəndənin sözlərinə görə, 2016-cı ildə təqribən 40 milyon ton neft və 30 milyard kubmetr qaz hasilatı planlaşdırılır: "Bu, cari il üçün planlaşdırdığımız səviyyəyə bərabərdir".


Qeyd edək ki, bu il Azərbaycanda təqribən 40,7 milyon ton neft və 30,2 milyard kubmetr qaz hasil edilməsi planlaşdırılır.

Sizin Reklam Yeriniz