Əlaqə Arxiv
news Image
2015.09.23
12:15
| A A A
Kənd Təsərrüfatı Nazirliyində yeni kadr təyinatı olub

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində yeni təyinat olub. Nazirlikdən verilən məlumata görə, Yaqub Məmmədəli oğlu Cəfərov müvəqqəti olaraq xidmət rəisinin müavini təyin edilib. Bununla bağlı kənd təsərrüfatı naziri əmr imzalayıb.

Qeyd edək ki, Y.Cəfərov elmi fəaliyyətə 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun "Proqnoz" laboratoriyasında başlayıb, 2001-ci ildən Gəncə Dövlət Universitetində müəllim işləyib, 2012- 2015-ci illərdə Gəncə Dövlət Aqrar Universitetində bitki mühafizəsi üzrə ali təhsilin hər üç səviyyəsində (bakalavr, magistratura və doktorantura ) elmi-pedoqoji fəaliyyətini davam etdirib, daha sonra universitetdə dosent vəzifəsində çalışıb.

1986-cı ildə "Bitkilərin xəstəlik və zərərvercilərdən mühafizəsi " üzrə aspiranturaya daxil olub, namizədlik disertasiyası müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi alıb, hazırda doktorluq dissertasiyası üzərində işləyir.

Pedoqoji fəaliyyətinin 14 ili ərzində 1 dərs vəsaiti, 3 metodiki vəsait, Təhsil Nazirinin qrifi ilə 19 fənn proqramı və s. nəşr etdirib.


Sizin Reklam Yeriniz