Əlaqə Arxiv
news Image
2015.09.24
16:20
| A A A
ABŞ-la Çin arasında 38 milyard dollarlıq təyyarə müqaviləsi imzalandı

ABŞ-la Çin arasında sərnişin təyyarələrinin alqı-satqısına dair nəhəng razılaşma imzalanıb.

Çin Xalq Respublikasının sədri Si Tzinpinin ABŞ-a səfəri zamanı Çin maliyyə şirkətləri qrupu ilə "Boeing" şirkəti arasında 300 sərnişin təyyarəsinin alınması barədə razılaşmalara imza atılıb. Bir neçə müqavilədən ibarət 38 milyard dollar dəyərində olan bu razılaşma Çin şirkətlərinin sərnişin təyyarələri ilə bağlı imzaladıqları ən böyük layihədir.

Razılaşmaya əsasən "Boeing" Çinə 250 ədəd "737" model dar fyüzelajlı və 50 ədəd geniş fyüzelajlı təyyarə satacaq.

Hazırda "Boeing" ayda 42 ədəd "737" model təyyarə istehsal edir. Korporasiya bu rəqəmi 60-a çıxarmağı planlaşdır.

Sizin Reklam Yeriniz