Əlaqə Arxiv
news Image
2015.09.25
10:00
| A A A
Əsas kapitala yönəldilən sərmayənin həcmində müəssisələrin vəsaiti 7 milyard manatdan çox olub

Bu ilin yanvar-avqust aylarında daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 57,6 faizini təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaiti 7 milyard 496,7 milyon manat, bank kreditləri 530,8 milyon manat, büdcə vəsaitləri 1 milyard 896,7 milyon manat, büdcədənkənar fondların vəsaitləri 178,9 milyon manat, əhalinin şəxsi vəsaiti 307,8 milyon manat, digər vəsaitlər 139,2 milyon manat təşkil edib.


Sizin Reklam Yeriniz