Əlaqə Arxiv
news Image
2015.09.29
07:00
| A A A
Avropa pulu ilə maliyyə əməliyyatları azalır
Vüqar Bayramov: “Avrozonadakı vəziyyət, ABŞ-da iqtisadi durumun stabilləşməsi hətta biznesdə də avro ilə yığımların azalmasına gətirib çıxarıb” Oqtay Haqverdiyev: “Avroya marağın azalmasının bir sıra səbələri var”

Valyutadəyişmə məntəqələrində avro ilə aparılan əməliyyatların azalmağa doğru getdiyi müşahidə edilir. Avro alan və ya verənlərin sayında azalma var. Mütəxəssislərin bunu bir neçə səbəblə izah edir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, bu ilin avqust ayında ölkəmizdə xarici valyutalara maraq artsa da, sentyabr ayında bu marağın azalması müşahidə edildi: "Avqust ayında xarici valyutalara tələblə bağlı bir ajiotaj formalaşdı. Ancaq avroya tələb zaman-zaman artır. Çin yuanın devalvasiyası fonunda dolların müəyən qədər yumşalması müşahidə edildi. Bu da avronun möhkəmlənməsinə, həm də avroya marağın artmasına səbəb oldu. Sonradan avronun məzənnəsində müəyyən qədər stabilləşmə qeydə alındı. Bundan başqa, Azərbaycanda xarici valyutalardan ən çox maraq dollaradır. Vətəndaşlar xarici valyutada yığımlarını məhz ABŞ dolları ilə saxlamaqda maraqlıdırlar. O baxımdan avroya marağın az olması avronun istifadəsi ilə bağlı ənənələrin olmamasıdır. Azərbaycanda praktiki olaraq, avro və funt-sterlinqlə yığım zəifdir. Bu da avroya tələbin azlmasına gətirib çıxarır.

Avrozonadakı vəziyyət, ABŞ-da iqtisadi durumun stabilləşməsi hətta biznesdə də avro ilə yığımların azalmasına gətirib çıxarıb. O baxımdan avroya marağın n azalması obyektiv səbəblərlə bağlıdır. Bu, həm avro yığımları ilə bağlı ənənənin olmaması, həm də ABŞ iqtisdiyyatının möhkəmlənməsi fonunda dolların hələ də dünya valyuta bazarında aparıcı valyuta olması ilə əlaqədardır".

Digər iqtisadçı-ekpsert Oqtay Haqverdiyev bildirir ki, avroya marağın azalmasının bir sıra səbələri var: "İlk növbədə onu nəzərə almaq lazımdır ki, dollara nisbətən avronun qiyməti artır. Azərabycanın da xarici ticarəti əsas etibarı ilə Avropa ölkələrilədir. Yəni, avronun məzənnəsi artıqdca müəyyən qədər manata təsiri ola bilər. Ona görə də Azərbaycan daxilində maliyyə bazarında avronu tənzimləməyə çalışırlar ki, manatın məzənnəsi stabil qalsın. Puldəyişmə məntəqələrindəki passivlik bununla əlaqəli ola bilər".

İqtisadçı əlavə etdi ki, pulun konvertasiyası dedikdə nədənsə həmişə əsasən əhali başa düşülür: "Struktura diqqət etsək, konvertasiyada əhalinin ən çoxu 20 faiz payı olur. Digər hissəsi isə əsasən hüquqi şəxslərdən ibarət olur. Ona görə də əsas etibarı ilə hüquqi şəxslərin prosesə təsiri ola bilər".

Sizin Reklam Yeriniz