Əlaqə Arxiv
news Image
2015.09.29
11:53
| A A A
İrandan Azərbaycana 7 ton kartof ixrac olunub

Kartof yığımı fəslinin ilk günündən indiyədək Ərdəbil əyalətindən Azərbaycana 7 min tondan çox kartof ixrac olunub. Bunu İranın Ərdəbil əyalətinin beynəlxalq əlaqələr və iqtisadi məsələlər üzrə koordinasiya idarəsinin rəisi Ərjəng Əzizi deyib.


Ə.Əzizi bildirib ki, Azərbaycanın 100 min ton kartofa ehtiyacı var: "Azərbaycanla aparacağımız danışıqlarda bu ölkə vasitəsi ilə üçüncü ölkələrə, o cümlədən Rusiyaya kartofun ixrac edilməsi məsələsini də müzakirə edəcəyik".


Ə.Əzizi deyib ki, Azərbaycan tərəfi ilə apardığımız danışıqlara görə, 5 şirkət İrandan kartof idxalı ilə məşğul olacaq: "İran tərəfi də ixracçı şirkətlərin siyahısını Azərbaycan tərəfinə təqdim edəcək. Sonra iki ölkə arasında kartofun satışı, mübadiləsi, qiyməti və təhvil almaq üçün vaxt qrafikinin müəyyənləşdirilməsi üçün saziş imzalanacaq".

Sizin Reklam Yeriniz