Əlaqə Arxiv
news Image
2015.09.30
12:00
| A A A
Bu mövsüm Azərbaycana 47 545 xarici turist gəlib
Yay mövsümündə Azərbaycana 47 545 xarici turist gəlib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, ümumilikdə Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı 608 233 nəfər təşkil edib. Onlardan 560 688 nəfəri yerli turistlərdir.


Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2% və ya 45 984 nəfər artım deməkdir.


Aparılan araşdırmalara görə, Quba – Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı – İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələr olub.


Qeyd edək ki, bu statistika bu ilin iyunun 1-dən avqustun 31-ə kimi tarixləri əhatə edir.

Sizin Reklam Yeriniz