Əlaqə Arxiv
news Image
2015.10.01
15:30
| A A A
Xaricdən ​Ermənistana pul köçürmələri kəskin azalıb

Xarici ölkələrdən Ermənistandakı fiziki şəxslərə pul köçürmələrinin həcmi 44 faiz azalıb."Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Bankı məlumat yayıb.

Xəbərə görə, 2015-ci avqustunda Ermənistana 87 milyon 220 min dollar qeyri-ticarət pul köçürməsi edilib. Bu ötən ilin uyğun dövrü ilə müqayisədə 44 faiz azdır. 2014-cü ilin həmin ayında isə bu rəqəm 156 milyon 15 min dollar olub.

Məlumatda bildirlib ki, cari ilin ilk 8 ayında ölkəyə 584 milyon 852 min dollar qeyri-ticarət köçürmə edilib. Ötən ilin hesabat dövründə isə bu rəqəm 926 milyon 920 min dollar təşkil edərək, 2014-cü illin ilk 8 ayı iə müqayisədə 342 milyon 68 min dolar, yaxud 30 faizə yaxın azalma müşahidə olunub.


Sizin Reklam Yeriniz