Əlaqə Arxiv
news Image
2015.10.05
17:53
| A A A
Səudiyyə Ərəbistanı neftin qiymətini endirdi

Səudiyyə Ərəbistanı bazar payı uğrunda mübarizəyə görə, alıcılar üçün neftin qiymətini aşağı salıb.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə Wall Street Journal-ı yazıb.

Bu ölkənin Dövlət Neft Şirkəti Saudi Aramco-nun bazar günü alıcılara göndərdiyi qiymət cədvəlində qeyd olunub ki, Asiyaya tədarük qiyməti hər barelə 1,7 dollar azalıb.

Saudi Aramco həmçinin Uzaq Şərq üçün qiyməti 2 dollar, ABŞ üçün 30 sent ucuzlaşdırıb.

Qəzet yazıb ki, dünyada iki ən böyük neft istehsalçısı Rusiya və Səudiyyə Ərəbistanı həmçinin sentyabrda neft istehsalını da artırıblar.

Rusiya neft hasilat rekord həddə - gündəlik 10,74 mln. barelə, Səudiyyə Ərəbistanında isə hasilat son aylarda gündəlik 10 mln. barelə çatıb və hasilata investisiyasını artırmaq niyyətindədir.

Sizin Reklam Yeriniz