Əlaqə Arxiv
news Image
2012.04.15
19:09
| A A A
Ukrayna bahalı Rusiya qazını Azərbaycan qazına dəyişmək istəyir
Nikolay Azarov: “Azərbaycanla alternativ qaz təchizatı ilə bağlı danışıqlar aparılır”

Ukrayna alternativ qaz təchizatı mənbələrinin axtarışını davam etdirir. Bunu Ukraynanın baş naziri Nikolay Azarov Vilnüsdə litvalı həmkarı Andyus Kubilyusla görüşü zamanı bildirib. "Düşünürəm ki, rusiyalı müttəfiqlərimizdə sağlam düşüncə qalib gələcək biz qaza ədalətli qiymət ala biləcəyik", - baş nazir deyib.

Nikolay Azarov deyib ki, hazırdaOrtaAsiyaölkələri, xüsusiləAzərbaycanlaalternativqaz təchizatı ilə bağlı müzakirələr davam etdirilir. Bundan başqa, sıxılmış qaz daşıyan tankerlərin Bosfor boğazından keçidi mövzusunda Türkiyə ilə danışıqlar aparılır. "Belə layihələr illərlə uzana bilər. Amma biz bu yolda əminliklə irəliləyirik", - baş nazir əlavə edib.

Ukrayna Rusiya arasında qazın qiyməti ilə bağlı danışıqlar gedir. Kiyev Rusiya tərəfinin təklif etdiyi qiyməti çox yüksək hesab edir. Aprelin əvvəllərində Nikolay Azarov əminliyini ifadə etmişdi ki, Ukrayna Rusiya qazının qiymətinin iqtisadi cəhətdən əsaslandırılmış səviyyəyə endirilməsinə nail olacaq. "Mən bu yaxınlarda Polşanın baş naziri Donald Tuskla görüşdüm ondan Polşanın Rusiya qazını neçə aldığını soruşdum. O mənə cavab verdi: min kubmetrə görə 310 dollar. Polşa Rusiyanın arasında Ukrayna yerləşir. Bu, 1,2 min kilometr deməkdir. Yəni, əgər polşalılar qazı 310 dollara alırlarsa, bu qiymət Ukrayna üçün ən azı 100 dollar aşağı olmalıdır", - o vaxt Nikolay Azarov bəyan etmişdi.

Sizin Reklam Yeriniz