İşıq pulu qalxmayacaq - Rəsmi məlumat
Energetika Nazirliyi "news-365.ru" xəbər portalının yaydığı bu ilin noyabrın 1-dən etibarən guya Azərbaycanda istilik və elektrik enerjisi tariflərinin artırılacağı barədə energetika naziri Natiq Əliyevin adından verilmiş məlumata münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, bu məlumat həqiqətə uyğun deyil və heç bir mənbəyə əsaslanmır.
Energetika naziri N.Əliyev heç bir müsahibə, yaxud çıxışında belə
bir bəyanat verməyib. "Odur ki, kütləvi informasiya vasitələrini
peşəkarlıq prinsiplərinə zidd olan təxribat xarakterli bu cür
qeyri-ciddi məlumatlarla cəmiyyətdə çaşqınlıq yaratmamağa
çağırırıq", - deyə qeyd edilir.