Azərbaycanın aerodromları NATO standartlarına uyğundur
Bunu Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi general mayor Ramiz Nəcəfov bildirib
Azərbaycan Silahlı Qüvvələrinin
idarə olunmasının səmərəliliyinin artırılması məqsədi
ilə 2007-ci ildən bütün
strukturlar NATO-nun J strukturuna uyğunlaşdırılıb.
Bunu Müdafiə Nazirliyinin
beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, general mayor
Ramiz Nəcəfov Bakıda
keçirilən "NATO-nun Çikaqo sammitinin
əhəmiyyəti:
Avroatlantik əməkdaşlıq üçün
yeni imkanlar" mövzusunda konfransda bildirib. Onun sözlərinə
görə,
artıq Azərbaycanın aerodromları,
hərbi gəmiləri NATO
standartlarına uyğunlaşdırılıb.
İdarə rəisi Silahlı
Qüvvələrin Akademiyasında "Müdafiə siyasəti və
strategiyası" adlı fənnin hazırlanaraq
tədrisinə başlandığını da
deyib.
R.
Nəcəfov bildirib ki, NATO ilə əməkdaşlıq çərçivəsində müdafiə
və təhlükəsizlik sektorunda bir
sıra islahatlar aparılıb. Silahlı qüvvələrin
NATO qüvvələri ilə
uzlaşmasının təmin edilməsi, texniki təkmilləşdirmə,
hərbi təhsilin uyğunlaşdırılması,
ingilis dili bacarıqlarının
artırılması sahəsində də
bir sıra
nailiyyətlər əldə olunub.