Əlaqə Arxiv
news Image
2015.10.18
10:00
| A A A
Azərbaycanda mədən vergisi dərəcələri artırılır (CƏDVƏL)

2016-cı ildən etibarən Azərbaycanda mədən vergisi dərəcələri orta hesabla 2 dəfə artacaq. Bunu Movqe.az-a Milli Məclisdən deyiblər.

Milli Məclisin müzakirəsinə təqdim edilən Vergi Məcəlləsinə əlavə və dəyişikliklər layihəsində müvafiq təklif öz əksini tapıb.

Ən çox artım mişar daşı üzrə mədən vergisi dərəcəsində - 4 dəfə, ən az artım isə yarımqiymətli bəzək daşları və duzda - 1,5 dəfə müşahidə olunur.

Yerin təkindən çıxarılan faydalı qazıntıların növündən asılı olaraq, mədən vergisi hər kubmetr üçün aşağıdakı dərəcələrlə hesablanır:

Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adları

Yeni dərəcələr (manatla)

Əvvəlki dərəcələr (manatla)

Qeyri-filiz faydalı qazıntıları:

seolit

1

0,5

barit

1

0,5

mişar daşları

2

0,5

çınqıl xammalı

1

0,5

yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər

1

0,5

bentonit gilləri

1

0,5

kərpic-kirəmit gilləri

1

0,5

vulkan külü və pemza

1

0,5

kvars qumları

1

0,5

tikinti qumları

1

0,5

sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü)

1

0,5

üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı)

1

1

qiymətli və yarımqiymətli bəzək daşları

6

4

daş duz

6

4

yodlu bromlu sular

0,04

0,02

mineral sular

10

6



Sizin Reklam Yeriniz