Əlaqə Arxiv
news Image
2015.10.27
09:30
| A A A
İstehlak bazarında ucuzlaşma dövrü başlanır
Vüqar Bayramov: “Gömrük şərtlərinin sadələşdirilməsi insanların maddi vəziyyətinə də müsbət təsir edəcək” Pərviz Heydərov: “Ölkə rəhbərinin son fərmanları qeyri-neft sektoru, iqtisadiyyat üçün hissediləcək müsbət nəticələr vəd edir”

Prezident İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanından sonra ölkədə süni qiymət artımının da sonununn çatacağı proqnozlaşdırılır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun sözlərinə görə, bu Fərman daha aşağı faizlə idxala stimul verəcək: "Fərman insanların özünün istehlakı üçün lazım olan məhsulları ölkəyə gətirməsinə imkan yaradır. Hansı ki, əvvəl məhsulun növündən asılı olaraq 15% gömrük rüsumu tətbiq edlirdi. Onu da nəzərə alaq ki, satış məqsədi ilə gətirilən məhsullardan 18% ƏDV tutulurdu. Bu isə məhsulların qiymətinin artmasına səbəb olurdu. Artıq həmin vergi ödənilmədən məhsul ölkəyə daxil ola biləcək.

Gömrük şərtlərinin sadələşdirilməsi insanların maddi vəziyyətinə də müsbət təsir edəcək. İnsanlar xaricdən birbaşa özləri məhsulları seçib gətirə biləcəklər. Yəni, istirahətə gedən vətəndaşlar özləri ilə dəyəri 10 min manatdan çox olmayan malı rahat şəkildə ölkəyə gətirə biləcək. Fərman həmçinin, istehlak bazarında qiymətlərin tənzimlənməsinə şərait yaradacaq. Çünki, seçim imkanını genişlənməsi rəqabət mühitinin yaxşılaşması deməkdir. Vətəndaş özü xaricdən məhsul gətirəcəksə, yerli sahibkarlar da öz məhsulunu daha sərfəli qiymətə təklif etməyə məcbur olacaq. Bu da qiymətlərin tənzimlənməsinə gətirəcək. Yəni, bötüvlükdə fərman istehlak rəqabət mühitinin artmasına, qiymətlərin tənzimlənməsinə imkan yaradacaq. Bütün bunlar ölkə daxilində istehlak məhsullarının ucuzlaşmasına səbəb olacaq. Fərmandan birmənalı olaraq vətəndaşlar qazanacaq".

Digər iqtisadçı-ekspert Pərviz Heydərovun da fikrincə, ölkə rəhbərinin son fərmanları qeyri-neft sektoru, iqtisadiyyat üçün hissediləcək müsbət nəticələr vəd edir: "Yoxlamaların 2 il müddətinə dayandırılması, həmçinin, lisenziyalaşdırmanın sadələşdirilməsi iqtisadi aktivliyi artıracaq. Aktivlik xüsusi ilə kiçik və orta sahibkarlıqda özünü göstərəcək.

Bundan başqa, gömrük sahəsində bir sıra yoxlamaların sadələşdirilməsi fiziki şəxslər üçün dəyəri 10000 dollardan aşağı olan malları ölkəyə gətirməyə stimul yaradacaq. Düzdür, 10000 ABŞ dolları sahibkarlıq fəaliyyəti üçün böyük əhəmiyyət kəsb etmir. Amma istehlak bazarı üçün bunu əhəmiyyətli rəqəm hesab etmək olar. Bununla da yerli istehsalçılar və idxal ilə məşğul insanlar daha həssas olmağa məcbur qalacaqlar. Yəni, bu, daxildə rəqabət mühitinin yaxşılaşmasına səbəb olacaq".



Sizin Reklam Yeriniz