Əlaqə Arxiv
news Image
2012.10.24
21:18
| A A A
Elman Abdullayev: “Nalbandyana xatırlatmaq istəyirik ki, onun təmsil etdiyi hökumət hakimiyyətə xalqın qanı üzərində gəlib”

Anaxanım Hidayətova-APA. "Nalbandyan hansı ölkəni təmsil etdiyini unudur. Azərbaycanın əleyhinə danışanda əvvəl kim olduğunu və indi kim olduğunu yaddan çıxarır".

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Meksikada səfərdə olarkən Azərbaycan barədə söylədiyi fikirlərə münasibət bildirən XİN təmsilçisi qeyd edib ki, Ermənistanın inkişaf üçün perspektivin olmadığı hər kəsə bəllidir: "Bu gün Ermənistan erməni diasporunun ayırdığı vəsaitlərlə öz destruktiv mövqeyini davam etdirir. Ermənistan bu siyasətlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vurur. Biz Nalbandyana bir daha xatırlatmaq istəyirik ki, onun təmsil etdiyi hökumət hakimiyyətə xalqın qanı üzərində gəlib. Nə vaxta qədər ki, belə bir hökumətin nümayəndəsi insan haqlarından danışacaq, bu, beynəlxalq insan hüquqlarına hörmətsizlik kimi qəbul olunacaq. Belə bir fikir yaranır ki, Serj Sərkisyan Nalbandyana Azərbaycanın xarici siyasətinə maneçilik yaratmağı tapşırıb. Erməni diasporundan tam asılı olan erməni hökuməti millətçi şüarlar altında fəaliyyət göstərir".

E. Abdullayev onu da bildirib ki, Meksikada ucaldılan Xocalı abidəsi və Heydər Əliyevin heykəli Azərbaycan və Meksika arasında dostluğun rəmzidir: "Heydər Əliyev Azərbaycanla Meksika arasında münasibətlərin əsasını 1982-ci ildə qoyub. Onun heykəli Mexikoda Azərbaycan-Meksika parkında ucaldılıb".

Sizin Reklam Yeriniz