Əlaqə Arxiv
news Image
2016.02.01
11:45
| A A A
SOCAR: “Azərenerji”yə əlavə qaz almaq üçün infrastruktur təklif edilə bilər

SOCAR "Azərenerji" ASC-yə əlavə qaz almaq üçün infrastruktur təklif edə bilər.Movqe.az-ın məlumjatına görə, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın Marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.Onun sözlərinə görə, bu qaz SOCAR-a lazım deyil: "Bu qaz "Azərenerji"nin qaza olan tələbatını ödəmək üçün lazımdır. Biz də onlara kömək etməyə hazırıq. Əgər hökumət göstəriş versə və istənilən hər hansı tədarükçü ilə danışıqlarda razılıq əldə olunsa, bu il artıq qaz almaq mümkün olacaq".Qeyd edək ki, ötən ilin dekabr ayında SOCAR prezidenti Rövnəq Abdullayev Rusiyada "Qazprom" şirkətinin rəhbəri Alekey Miller ilə görüşündə Rusiya şirkətinin Azərbaycana əlavə qaz həcmlərinin artırılması ilə razılıq əldə edilib.  

Sizin Reklam Yeriniz