Bu ərazilərdə qaz olmayacaq-SİYAHI
Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq. Movqe.az-a SOCAR-dan verilən xəbərə görə, fevralın 2-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Digah" və "Alatava" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Abşeron rayonunun Digah, Fatmayı və Məhəmmədi qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.