Əlaqə Arxiv
news Image
2016.02.02
11:15
| A A A
Milli Məclisdə qəbul günləri açıqlandı-Kimin qəbuluna nən vaxt düşmək olar?

Milli Məclisin Aparatında bu ilin fevral ayı üçün vətəndaşların qəbulu cədvəli açıqlanıb. Movqe.az xəbər verir ki,  vətəndaşlar Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsində qəbul olunurlar. Qəbula parlamentə getməklə və ya qurumun saytı vasitəsilə elektron qaydada yazılmaq olar. Qəbula bir gün qalmış elektron qeydiyyat dayandırılır. Azərbaycan Respublikası Milli Məclisinə qəbula dəvət olunanlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 


Ziyafət Abbas oğlu Əsgərov Milli Məclis sədrinin birinci müavini - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri -17 fevral


Bahar Əvəz qızı Muradova Milli Məclis sədrinin müavini - İnsan hüquqları komitəsinin sədri-19 fevral


Valeh Feyruz oğlu Ələsgərov Milli Məclis sədrinin müavini – Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri-8 fevral


Əli Məhəmməd oğlu Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri-10 fevral


Ziyad Əliabbas oğlu Səmədzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri-24 fevral


Eldar Rza oğlu İbrahimov Milli Məclisin Aqrar siyasət komitəsinin sədri-5 fevral


Hadi Musa oğlu Rəcəbli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri-15 fevral


Arif Qafar oğlu Rəhimzadə Milli Məclisin Regional məsələlər komitəsinin sədri-18 fevral


İsa Əkbər oğlu Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin sədri-11 fevral


Rafael Baba oğlu Hüseynov Milli Məclisin Mədəniyyət komitəsinin sədri-8 fevral


Əhliman Tapdıq oğlu Əmiraslanov Milli Məclisin Səhiyyə komitəsinin sədri-22 fevral


Aqiyə Həbib qızı Naxçıvanlı Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri-25 fevral


Siyavuş Dünyamalı oğlu Novruzov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri- 4 fevral


Səməd İsmayıl oğlu Seyidov Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri-19 fevral


Fuad Rauf oğlu Muradov Milli Məclisin Gənclər və idman komitəsinin sədri-29 fevral


Səfa Abbas oğlu Mirzəyev Milli Məclis Aparatının rəhbəri- 3 fevral


Firudin Süleyman oğlu Hacıyev Milli Məclisin İşlər müdiri- 4 fevral


Lətif Hüseyn oğlu Hüseynov Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri- 9 fevral


Rauf Şaiq oğlu Hacıyev Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri- 16 fevral


Nizami Abdulla oğlu Səfərov Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri- 23 fevral


Adilə Ziyat qızı Abasova Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri- 9 fevral


İlqar İslam oğlu Fərzəliyev Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri-12 fevral

Sizin Reklam Yeriniz