Manat dollar və avroya qarşı möhkəmlənib
Bu gün fevralın 2-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.Movqe.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 3-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi fevralın 2-i ilə müqayisədə 0,0046 manat və ya 0,3% azalaraq 1,5894 səviyyəsində müəyyən olunub.Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0052 manat və ya 0,3% zəifləyərək 1,7348 manata enib.Rusiya rublunun məzənnəsi 0,0007 manat və ya 3,4% azalaraq 0,0199 manat səviyyəsində müəyyənləşib.