Əlaqə Arxiv
news Image
2016.02.03
17:40
| A A A
ABŞ-ın dövlət borcu astronomik həddə çatdı

Amerika federal hökümətinin borcu 19 trilyon dolları keçib.Bu barədə Movqe.az  "The Washington Times" qəzetinə istinadən xəbər verir.Yanvar ayının sonuna olan məlumata görə, xarici borcun məbləği ABŞ ÜDM-in 103 faizini təşkil edib. Ümumi məbləğdən 13,7 trilyon dollar özəl sektorun (şirkət və şəxslər) payına düşür. 5,3 trilyon dollar isə hökümətin ABŞ-ın Federal Ehtiyat Sistemi qarşısında ölkə daxili borclar təşkil edir.Prezident Barak Obamanın 7 illik prezidentliyi müddətində ABŞ-ın dövlət borcu iki dəfə artaraq 8 trilyon çoxalıb.Dövlət borcunun eyni artım dinamikası Corc Buşun (oğul) prezidentliyi dövründə də muşahidə edilib.

Sizin Reklam Yeriniz