Əlaqə Arxiv
news Image
2012.11.21
11:18
| A A A
PAŞA Bank aparıcı İsveçrə bankı ilə əməkdaşlığa başlayıb

Movqe.Az xəbər verir ki, Azərbaycanın aparıcı korporativ banklardan biri olan PAŞA Bankın "private banking" (fərdi bankçılıq) sahəsində İsveçrənin aparıcı banklarından biri olan Banque Cantonale de Genève (BCGE) bankı ilə apardığı danışıqlar müvəffəqiyyətlə yekunlaşıb. Danışıqların nəticəsində PAŞA Bankın Azərbaycandakı korporativ və fərdi müştəriləri indi artıq Bank tərəfindən BCGE bankına təqdim olunmaqla onun maliyyə həllərindəki mütəxəssis ekspertizasından faydalana biləcək.

PAŞA Bankın İdarə Heyətinin sədri Fərid Axundov deyub ki, "İsveçrənin aparıcı maliyyə institutlarının biri ilə əməkdaşlığa başlamaqdan olduqca məmnunuq. Biz, Banque Cantonale de Genève – dən çox şey öyrənə bilərik və Azərbaycandakı müştərilərimizə göstərilən xidmətlər sahəsində onlarla əməkdaşlığa böyük önəm veririk. PAŞA Bank öz beynəlxalq şəbəkəsini uğurla qurmağa davam edir və biz bu yaxınlarda Gürcüstanda öz nümayəndəliyimiz açmışıq. Beynəlxalq miqyasda inkişaf strategiyamızın çərçivəsində biz yaxın gələcəkdə Cenevrədə öz fəaliyyətimizi təşkil etməyi nəzərdə tutmuşuq və BCGE kimi nüfuzlu banklar ilə əməkdaşlıq bizim üçün böyük əhəmiyyət təşkil edir".

Tədbirdə qarşı tərəfin nümayəndəsi kimi çıxış edən Blez Qoetşin "Banque Cantonale de Genève" bankının baş icraçı direktoru isə suallara belə aydınlıq gətirib: "İsveçrə və Azərbaycan arasında işgüzar münasibətlərin artmasını nəzərə alaraq, biz, Azərbaycan iqtisadiyyatının inkişafında çox maraqlıyıq. Bizim Paşa Bank ilə əməkdaşlığımız əlimizi Qafqazın nəbzində tutmağa və qarşılıqlı səmərəli əlaqələr yaratmağa imkan verir."

Bankda Movqe.Aza verilən məlumata görə PAŞA Bankın fərdi müştərilərinin investisiya və fidusiar əmanət hesabları üçün və İsveçrə banklarının digər fərdi bankçılıq üzrə xidmətlərindən istifadə edilməsi üçün müraciət etmə imkanı Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən "Valyuta Tənzimli haqqında" qanuna və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasında rezident və qeyri-rezident valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar"a tam uyğundur.

Sizin Reklam Yeriniz