Əlaqə Arxiv
news Image
2016.02.11
20:00
| A A A
“Azərişıq” tikinti işləri üçün podratçılar seçəcək

"Azərişıq" ASC regionlarda elektik xəttləri cə SIP kabellərin yenidənqurulması və tikintisi üçün podratçılar seçir. Bu barədə cəmiyyətin elanında deyilir. Tender 8 lot üzrə keçirilir. Hər lotda iştirak haqqı 200 manat təşkil edir. Qeyd olunan işlərin həyata keçirilməsi üçün tender iştirakçıları zəruri texnika və maliyyə imkanlarına malik olmalıdır. Tenderdə iştirak etmək istəyən şirkətlər təklif dəyərinin 2%-i həcmində bank zəmanəti ilə müşayiət olunan təkliflərini aprelin 4-nə qədər təqdim etməlidirlər. Tender proseduru 5 aprel tarixində baş tutacaq. Xəbər verildiyi kimi, Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC "Azərişıq" ASC-yə çevrilib. "Azərişıq" ASC-nin funksiyasına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.


Sizin Reklam Yeriniz