Əlaqə Arxiv
news Image
2016.02.12
18:15
| A A A
Prezident İlham Əliyev: “Bu gün aktivlərimizin özəlləşdirilməsi investorlardan daha çox özümüzə lazımdır”

"Hesab edirəm ki, neftin qiyməti yüksək olduqda, hökumət, əlbəttə ki, iqtisadiyyatın ən önəmli və cəlbedici sektorlarını öz əlində saxlamaq üçün əlindən gələni edəcək. Lakin neftin qiyməti 30 dollar olduqda hökumət genişmiqyaslı özəlləşdirmə proqramına başlamağa daha çox hazırdır". Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.Dövlət başçısı neftin bugünkü qiyməti ilə bağlı vəziyyətin xarici investorlar üçün daha cəlbedici olduğunu düşündüyünü bildirib. "Çünki bu gün aktivlərimizin özəlləşdirilməsi investorlardan daha çox bizim özümüzə lazımdır. Əlbəttə ki, biz bu sahədə bir balans tapmalıyıq ki, hökumət və investorlar da öz payını ala bilsinlər. Burada biz vacib olan iqtisadi islahatlara, biznes mühitinin yaxşılaşdırılmasına, özəlləşdirmə yolunun davam etdirilməsinə və neftdən asılılığın azalması məsələsinə gəlirik", - deyə o vurğulayıb.

Sizin Reklam Yeriniz