SOCAR neft məhsullarının İrana ixracında maraqlıdır
İran üzərindən sanksiyaların götürülməsindən sonra SOCAR qonşu ölkəyə neft məhsullarının ixracını nəzərdən keçirir. Movqe.az xəbər verir ki, "Reuters" agentliyi SOCAR-dakı mənbəyinə istinadən yazır.Dövlət şirkətinin rəsmisi bildirib ki, bu məsələ SOCAR-ın nümayəndə heyətinin İrana rəsmi səfəri çərçivəsində müzakirə olunub. "Biz İrana neft məhsullarının ixracında maraqlıyıq. Bununla yanaşı, svop əməliyyatları da bizim marağımızdadır", - SOCAR rəsmisi bildirib.