Natiq Əliyev: "Cənub Qaz Dəhlizi" bir çox ölkələr üçün strateji əhəmiyyətə malikdir
"Cənub Qaz Dəhlizi" layihəsi yalnız Azərbaycan üçün deyil, eləcə də bir çox ölkələr, o cümlədən Avropa üçün strateji əhəmiyyətə malikdir. Movqe.az-ın məlumatına görə, bunu energetika naziri Natiq Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının yekunları üzrə mətbuat konfransında deyib.