Əlaqə Arxiv
news Image
2012.11.27
15:24
| A A A
Şəkərin qiyməti qalxa bilər
Sabir Vəliyev: «Xammalın xaricdən gətirilməsi və yaxud daxili bazardan əldə edilməsi şəkərin qiymətində dəyişikliyə səbəb ola, istehlak bazarında şəkərin qiymətinə təsir edə bilməz» Nizami Qarayev: «Bu o deməkdir ki, Azərbaycanda şəkərin qiymətinin daxili bazarda qiyməti xaricdəki xammalın qiymətinə bağlı olacaq»

Aparılan hesablamalar göstərir ki, bu ilin 9 ayı ərzində ölkəmizdə şəkər çuğundurunun istehsalı 50%-ə qədər azalıb. Belə fikirlər səslənir ki, bu, şəkər məhsullarının istehsalına təsirsiz ötüşməyəcək və hətta qiymət bahalaşmasına yol aça bilər.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev məsələ ilə bağlı Mövqe.Az saytına aşağıdakı açıqlamanı verib: "Qiymətin bahalaşmasından söhbət gedə bilməz. Xammalın xaricdən gətirilməsi və yaxud daxili bazardan əldə edilməsi şəkərin qiymətində dəyişikliyə səbəb ola, istehlak bazarında şəkərin qiymətinə təsir edə bilməz. İstehlak bazarında şəkərin qiyməti sabit qalacaq. Neçəyə satılırdısa, elə də satılacaq. Qiymət qalxmayacaq".

Kənd Təsərrüfatı İstehsal Vahidləri Ticarətçiləri Assosiasiyasının üzvü Nizami Qarayev Mövqe.Az saytına açıqlamasında aşağıdakıları qeyd edib: "Bu o deməkdir ki, Azərbaycanda şəkərin qiymətinin daxili bazarda qiyməti xaricdəki xammalın qiymətinə bağlı olacaq. Əgər xaricdə xammalın qiyməti qalxarsa, istər-istəməz daxili bazarda da şəkərin, şəkər tozunun, şəkər məhsullarının qiymətinin qalxmasına gətirib çıxarda bilər. Bundan qaçmağın yeganə yolu daxildə şəkər çuğundurunun istehsalınının artırılması ola bilər. Vaxtı ilə İmişlidə zavod qurulanda 20 min hektarda şəkər çuğundurunun əkilməsi nəzərdə tutulurdu. Hal-hazırda bu rəqəm illərdən asılı olaraq 5-7 min hektar arasında dəyişir. Göründüyü kimi nəzərdə tutulduğundan xeyli az miqdarda şəkər çuğunduru əkilir. Zavodun tələbatı daxili xammal hesabına ödənilmir. Yaxşı olardı ki, xüsusi şərtlər daxilində Azərbaycan fermerləri ilə müqavilə bağlanılsın. Daha böyük ərazilərdə şəkər çuğunduru əkilsin ki, zavod yerli xammal ilə təmin olunsun. Belə etməklə daxili bazarda stabil qiymət əldə etmək mümükün olar."

Sizin Reklam Yeriniz