Əlaqə Arxiv
news Image
2016.04.01
09:44
| A A A
Dolların manat qarşısında çöküşü sürətlənəcək
Rəşad Həsənov: “Əsas proses ondan ibarətdir ki, faktiki olaraq idxalın səviyyəsi xeyli aşağı enib”

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının məzənnəsini son günlərdə davamlı olaraq azaldır. Bu fonda bəzi banklarda dollar satışı 1,5 manatdan da aşağı düşüb. Belə vəziyyətin yaranması nə ilə bağlıdır? Belə davam edəcəyi tqdirdə, dolların daha da uuczlaşacağını gözləmək olarmı? Əhali əlində olan dolları satışa çıxara bilərmi?

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, idxalın getdikcə azalması manatın müəyyən qədər möhkəmlənməsinə rəvac verib: "Dolların manata nisbətdə ucuzlaşmasının səbəbi ondan ibarətdir ki, faktiki olaraq, hazırda ölkədə dollara tələbat aşağı düşüb. Bu, Mərkəzi Bankın son günlər həyata keçirdiyi hərraclar nəticəsində də məlum oldu. Son hərraclarda gördük ki, həm bankların iştirakçılıq dərəcəsi kifayət qədər aşağı düşdü, eyni zamanda onların istədiyi xarici valyutanın həcmində də kəskin azalma müşahidə olundu. Bu baxımdan da indilikdə manatın möhkəmlənməsi prosesi gedir. Burada əsas proses ondan ibarətdir ki, faktiki olaraq idxalın səviyyəsi xeyli aşağı enib. Eyni zamanda, yeni gömrük qaydaları şərtləri daxilində bir çox sahibkarlar hələlik gözləmə mövqeyindədir.

İkinci səbəb isə odur ki, üzən valyuta rejimlərində pul vahidlərində baş verən belə hallar təbii prosesdir. Məzənnənin möhkəmlənməsi və yaxud zəifləməsi daimi müşahidə olunandır. Hazırda bazarlarda valyuta təklifi nisbətən yüksəkdir. Vətəndaşlar da son bir neçə ayda sürətlə dollarlaşma prosesinə gedib. Bunlar da şəxsi əllərdə və biznesdə kifayət qədər dollar ehtiyatının yaranmasına gətirib çıxarıb. İndi isə xərcləmələr və digər məqsədlərdən həmin vəsaitlər bazara təqdim edilir. Bir çox hallarda məzənnədə aşağı meyllər hiss olunduqda, manatın möhkəmlənmə prosesi başladıqda psixoloji təzyiq də formalaşır. Belədə vətəndaşlar və biznes təcili olaraq əllərindəki vəsaitləri dövriyyəyə təklif etməyə başlayır. Bunun özü də bolluq yaradır. Belədə hazırda manatın dollara nisbətdə möhkəmlənməsi prosesi gedir. Amma düşünürəm ki, bu dalğavari prosesdir. Növbəti dövrlərdə manat xarici valyutaya nisbətdə yenidən ucuzlaşacaq. Amma hazırda idxalla bağlı müəyyən passivliyin müşahidə olunması manatın möhkəmlənməsinə təsir edən səbəblərdən başlıcasıdır. Lakin bununla belə 2016-cı il ərzində Neft Fondu 2014-cü illə müqayisədə dövriyyəyə xeyli az miqdarda xarici valyuta çıxaracaq. Mərkəzi Bankın isə dövriyyəyə xarici valyuta təklif etmək imkanları aşağı düşüb. Burada sadəcə əsas iştirakçılar müəyyən qədər vətəndaşdır ki, dollarlaşma prosesi zamanı əllərində bir qədər xarici valyuta toplayıb".



Sizin Reklam Yeriniz