Əlaqə Arxiv
news Image
2012.11.30
17:20
| A A A
AccessBank Symbiotics şirkətindən 10 milyon ABŞ dolları məbləğində vəsait cəlb edib
Cəlb edilən vəsait mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsinə yönəldiləcək.

Bakı. 30 noyabr 2012 - AccessBank bu gün Symbiotics şirkəti ilə 10 milyon ABŞ dolları məbləğində kredit müqaviləsinin bağlandığını elan edib. Həmin kredit 3 il müddətinə verilib. Cəlb edilən vəsaitin əsas hissəsi mikro, kiçik və orta sahibkarlığın kreditləşdirilməsinə yönələcək. AccessBank-n baş meneceri Mixael Hoffman kreditin alınmasını şərh edərək, qeyd etdi, "Bankın çoxdankı tərəfdaşı olan "Symbiotics" ilə bu uzunmüddətli saziş Bankın xüsusilə öz filiallar şəbəkəsini daim genişləndirdiyi bölgələrdə, mikro- və kiçik sahibkarlar üçün kredit vermə fəaliyyətinin hazırkı inkişafına daha da kömək edcək".Symbiotics şirkətinin baş direktoru Roland Dominik (Roland Dominicé) qeyd edib: "Biz uzunmüddətli tərəfdaşımız AccessBank Azerbaijan-ın gələcək inkişafına öz töhfəmizi verdiyimiz üçün qürur hissi duyuruq. MKOM-n istiqrazları vasitəsilə biz çoxlu sayda investorlarla əməkdaşlıq edə bilər və mikro- kiçik müəssisələrin bazarının inkişafına yiyələnərək, inkişaf etməkdə olan ölkələrdə birinci dərəcəli maliyyə institutlarına birbaşa təsir etməyi təklif edə bilərik". Symbiotics şirkətinin missiyası kapital əldə etməyin asanlaşdırılmasına və aşkarlığın, sosial

məsuliyyətin və sabitliyin təmin edilməsi ilə qlobal səviyyədə iqtisadi inkişafa öz töhfəsini verməkdən ibarətdir. Şirkət aşağı səviyyəli gəlirlərə malik ölkələrdə innovativ investisiya xidmətlərinin təqdim edilməsi yolu ilə sosial məsuliyyətli investorları mikro, kiçik və orta müəssisələrlə birləşdirir. Symbiotics öz fəaliyyəti dövründə çoxlu sayda investorlarla işləyərək, 1,3 milyard ABŞ dolları həcmində vəsaiti iqtisadiyyatı inkişaf

etməkdə olan 45 ölkədə 150 maliyyə institutu vasitəsilə yarım milyona yaxın mikro, kiçik və orta müəssisələrin inkişafına yönəldib.AccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. AccessBank Fitch beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla "BB+" səviyyəsində), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2012, 2011, 2010) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb. AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən AccessHolding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Sizin Reklam Yeriniz