Əlaqə Arxiv
news Image
2016.04.01
15:35
| A A A
Bakı Fond Birjası Maliyyə Nazirliyinin istiqrazlarının növbəti yerləşdirməsini keçirəcək

2016-cı ilin 5 aprel tarixində Bakı Fond Birjasında (BFB) Maliyyyə Nazirliyinin 15 milyon manat dəyərində qısamüddətli və ortamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilicək. Bu barədə Movqe.az BFB-yə istinadən məlumat verir.Hərracda hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan (qısamüddətli) istiqrazlar çıxarılacaq. İstiqazların ödəmə müddəti 2016-cı il 5 iyul tarixidir.Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.Maliyyyə Nazirliyinin dövlət istiqrazlarının buraxılışının anderrayteri "Unicapital" investisiya şirkətidir.

Sizin Reklam Yeriniz