Əlaqə Arxiv
news Image
2016.04.04
16:35
| A A A
Mərkəzi Bank valyuta hərracı barədə məlumat yayıb

Azərbaycan Mərkəzi Bankı valyuta hərracı barədə məlumat yayıb.Mərkəzi Bankdan Movqe.az-a verilən məlumata görə, cari ildə manatın məzənnəsi bəyan olunmuş çevik məzənnə rejiminə uyğun olaraq, valyuta bazarında tələb təklif nisbəti əsasında formalaşmaqdadır. Lakin müəyyən de-dollarlaşma meyilləri şəraitində son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verməkdədir.Bununla əlaqədar olaraq məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bank 4 aprel 2016-cı ildə valyuta alışı hərracı keçirib və hərrac 0,4 mln. ABŞ dolları həcmində yekunlaşıb.

Sizin Reklam Yeriniz