Əlaqə Arxiv
news Image
2016.04.05
11:50
| A A A
SOCAR martda qazma işlərini artırıb

 Bu ilin mart ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9 556 metr qazma işi həyata keçirilib.

 

Movqe.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 2 961 metr və ya 44,90% artırıb.

 

Ümumiyyətlə, bu ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 26 409 metr qazma işi görülüb. Bu, 2015-ci ilin üç ayı ilə müqayisədə 5 659 metr və 27,27% çoxdur. Qeyd edək ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işləri istismara aid olub.

 

Bundan əlavə, mart ayı ərzində qazmadan alınmış 5, ilin əvvəlindən isə 10 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Sizin Reklam Yeriniz