Əlaqə Arxiv
news Image
2016.04.05
15:45
| A A A
Nobel prospektində yeni yeraltı piyada keçidi inşa edilir

"Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən yeni yeraltı piyada keçidinin tikintisi işləri aparılır.


Bu barədə Movqe.az-a  "Azəravtoyol" ASC-dən məlumat verilib.


Bildirilir ki, bu səbəbdən sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib.


Mərkəzdən Nobel prospektinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri Neftçilər prospekti ilə Nobel prospektinin kəsişməsində yerləşən yeni Dənizkənarı avtomobil yolundan istifadə edərək Nobel prospekti boyunca hərəkətlərinə davam edə bilirlər. Əks istiqamətdə, yəni Nobel prospektindən mərkəzə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün müvəqqəti olaraq Xəqani Rüstəmov küçəsi ilə kəsişmədə mövcud yola paralel olaraq yeni yol hissəsi salınıb. Avtonəqliyyat vasitıələri həmin yeni yol hissəsindən istifadə edərək hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirirlər.


Tikintisi aparılan yeraltı piyada keçidinin 4 çıxışı var. Keçidin uzunluğu 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 8 ədəd eskalatorla təmin olunacaq. Keçidin tikintisi ilə "Bakı Ağ Şəhər"dən vətəndaşların birbaşa Dənizkənarı Bulvar ərazisinə və əksinə rahat, təhlükəsiz keçidi təmin olunacaq.


Yeraltı piyada keçidinin giriş hissələrinin tikintisi demək olar ki, yekunlaşıb. Hazırda keçidin Nobel prospektinin altından keçən hissəsinin inşaası işləri aparılır. Bu üzdən Nobel prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində sıxlığın yaranmaması üçün sürücülərdən tikinti işlərinin aparıldığı müddət ərzində öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri tövsiyyə olunur.


Qeyd edək ki, "Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində "Azəravtoyol" ASC tərəfindən Xaqani Rüstəmov küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri də həyata keçirilir. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək küçənin yenidən qurulması layihəsi çərçivəsində daha bir bu cür keçidin inşaası Süleyman Vəzirov küçəsi ilə kəsişmədə də aparılacaq.

Sizin Reklam Yeriniz