Əlaqə Arxiv
news Image
2016.04.06
13:00
| A A A
Azərbaycanda bu il 21,6 min vergi ödəyicisi fəaliyyətini dayandırıb

"Şübhə etmirəm ki, vergi orqanları II rübün proqnozunu yerinə yetirəcək". Bunu "Report"un sualını cavablandıran vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov qeyd edib ki, ikinci rübübn müvafiq proqnozu 1,569 mlrd. manatdır: "Vəziyyət yaxşılaşmağa doğru gedir. Ona görə də düşünürəm ki, biz proqnoza əməl edəcəyik".

Nazir müavini bu il ləğv edilən müəssisələrin sayını da açıqlayıb: "Bu ilin yanvar-fevral aylarında ölkə üzrə 22 859 vergi ödəyicisi qeydiyyata alınıb ki, onlardan 1 437-si hüquqi, 21 422-si fiziki şəxslərdir. Qeyd edilən dövrdə 5 337 vergi ödəyicisi ləğv edilib, 21 598-i isə fəaliyyətini dayandırıb. Eyni zamanda, 10 474 vergi ödəyicisi fəaliyyətini bərpa edib".


Sizin Reklam Yeriniz