Əlaqə Arxiv
news Image
2016.04.07
17:36
| A A A
Nazir: Valyutadəyişmə məntəqələri, banklar bayram günlərində də çalışmalıdır

"Novruz bayramı günlərində Azərbaycana gələn turistlərin valyuta mübadiləsinə görə çətinlik çəkməsi məntiqə sığmayan vəziyyət idi. Çünki bütün dünyada olduğu kimi, Azərbaycanda da bayram günlərində həm puldəyişmə məntəqələri, həm də banklar çalışmalıdır". Movqe.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.Turistlər üçün belə halın yaranmasını turizm sahəsi ilə banklar arasındakı koordinasiyanın zəif olmasının nəticəsi kimi qəbul etməyən Ə.Qarayev deyib ki, Azərbaycanda turizm sektorunun digər sahələrlə əlaqəsi mövcuddur: "Lakin bəzən bu hallarla rastlaşırıq. Hesab edirəm ki, bu yaxınlarda "Turizm haqqında" yeni qanun layihəsinin qəbulundan, turizm sahəsi üzrə yeni inkişaf strategiyasının təsdiq olunmasından sonra bu kimi faktların aradan qaldırılması üçün hüquqi baza olacaq. Hər bir şirkət, dövlət müəssisəsi, nazirlik öz səlahiyyətləri çərçivəsində turistlərin səfərlərini yüksək səviyyədə təşkil etmək üçün lazımı işlər görəcək".

Sizin Reklam Yeriniz