Əlaqə Arxiv
news Image
2016.04.08
11:41
| A A A
Səudiyyə Ərəbistanı dövlət neft şirkətinin 5%-nin satışından 106 mlrd. dollar əldə edə bilər

Səudiyyə Ərəbistanı "Saudi Aramco" neft şirkətində 5%-lik payını satmaqdan 106 mlrd. dollar qazana bilər.Movqe.az  xəbər verir ki, bu barədə dövlət investisiya şirkətlərinin analizi ilə məşğul olan "Sovereign Wealth Fund Institute" (SWFI) yazır.SWFI-nin qiymətləndirmələrinə görə, neftin 1 barrelinin qiyməti 10 dollar olduğu təqdirdə, "Saudi Aramco"nun dəyəri 2,12 trln. dollar (müqayisə üçün bildirək ki, ABŞ-ın "ExxonMobil" şirkətinin dəyəri 346 mlrd. dollardır) təşkil edir. Xatırladaq ki, hazırda Brent neftinin 1 barrelinin qiyməti 40 dollardan artıqdır.SWFI bildirir ki, səhmləri Kanadanın pensiya fondları, Asiyanın suveren fondları və s. bu kimi institusional investorlar ola bilər.Bundan başqa, bildirilir ki, səhmlərin satışından əldə olunan vəsait Səudiyyə Ərəbistanı hökumətinin yaratmaq istədiyi yeni suveren fonduna yönələcək. "Public Investment Fund" (PIF) adlanacaq yeni fondun yaradılması barədə anonsu ilk dəfə şahzadə Məhəmməd ibn Salman verib. Onun sözlərinə fondun aktivləri təxminən 2 trln. dollar təşkil edəcək. Qeyd edək ki, hazırda Norveçin suveren fondu hazırda dünyanın ən iri suveren fondu ünvanını qoruyur. Onun aktivlər 810 mlrd. dollara bərabərdir.

Sizin Reklam Yeriniz