Əlaqə Arxiv
news Image
2016.04.08
17:12
| A A A
Dövlət Neft Fondunda MHŞT üzrə Komissiyanın iclası keçirilib

2016-cı il apreliın 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) fondun icraçı direktoru Şahmar Mövsümovun sədrliyi ilə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2016-cı il tarixli, 69s nömrəli sərəncamı ilə təsdiq edilmiş yeni tərkibdə ilk iclası keçirilib.


ARDNF-dən Movqe.az-a verilən məlumata görə, sərəncama əsasən yeni Komissiyanın tərkibinə Dövlət Neft Fondu, Dövlət Neft Şirkəti, Vergilər, İqtisadiyyat, Energetika, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Dövlət Statistika Komitəsinin nümayəndələri daxildirlər.


İclas zamanı iştirakçılar MHŞT ilə bağlı ümumi məlumat almış, cari vəziyyət və yeniliklər haqqında MHŞT üzrə Katibliyin təqdimatı ilə tanış olublar. Bundan başqa, tərəflər MHŞT üzrə Komissiyanın üzvlərinin Çoxtərəfli Qrupa seçkisi, burada iştirakının koordinasiyası və digər məsələləri müzakirə ediblər.


Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Sizin Reklam Yeriniz