Əlaqə Arxiv
news Image
2016.04.11
11:42
| A A A
SOCAR DSMF və dövlət büdcəsinə ödənişlərini azaldıb

Bu ilin mart ayında SOCAR dövlət büdcəsinə 109 mln. 248 min manat vəsait ödəyib.

 

SOCAR-dan Movqe.az-a verilən məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 4 mln. 466 min manat və ya 3,93% azdır.

 

Ümumiyyətlə, bu ilin yanvar-mart aylarında büdcəyə 325 mln. 130 min manat vəsait ödənilib ki, bu da 2015-ci ilin 3 ayı ilə müqayisədə 15 mln. 313 min manat və ya 4,5% azdır.

 

Bundan əlavə, bu ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 10 mln. 920 min manat vəsait köçürüb ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 309 min manat və ya 2,75% azdır.


Bu ilin yanvar-mart aylarında isə SOCAR tərəfindən DSMF-ə ödəniş 31 mln. 970 min manat təşkil edib. Bu, 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2 mln. 716 min manat və ya 7,83% azdır.

Sizin Reklam Yeriniz