Əlaqə Arxiv
news Image
2016.04.13
10:46
| A A A
"Deloitte" Vergilər Nazirliyi və DSMF tərəfindən aparılan yoxlamaların birləşdirilməsini təklif edir

 Azərbaycandakı Amerika Ticarət Palatası idxal-ixrac əməliyyatlarının aparılma tərzindəki müsbət dəyişiklikləri, xüsusilə gömrük sahəsindəki şəffaflığı alqışlayır.

 

Movqe.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycandakı Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") nümayəndə heyəti arasında baş tutan görüş zamanı "Deloitte and Touche" MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nuran Kərimov deyib.

 

Onun sözlərinə görə, yerli istehsalı stimullaşdıran ünvanlı gömrük siyasəti qeyri-neft sektorunun daha da inkişafına təkan verəcək: "Biz biznes ictimaiyyəti olaraq şəffaflıq sahəsindəki islahatları alqışlayırıq. Nə qədər çox şəffaflıq olarsa, dövlət büdcəsinə bir o qədər çox vergi daxil olar. Eyni zamanda, vergi sistemi daha çox təkmilləşdirilməlidir ki, vergi ödəyicisi olan investorlar cəlb edilsin. İnanırıq ki, vaxtında vergilərini ödəyən şirkətlər və digər vergi ödəyiciləri hökumət tərəfindən daha az yoxlamalara məruz qalmalıdırlar. Aydındır ki, burada vergilərin yığılması və biznesin inkişafının dəstəklənməsi arasında bir balans tapılmalıdır. Vergi ölkənin iqtisadi rəqabətliliyinin artırılmasında və investorların cəlb edilməsində çox güclü alətdir".

 

N. Kərimov bildirib ki, coğrafi mövqeyi sayəsində Azərbaycan regional mərkəz kimi çıxış edə və investorlar üçün əlverişli vergi rejimi çox faydalı ola bilər. "Qeyd olunduğu kimi, dövlət qurumları tərəfindən həyata keçirilən auditləri dayandırmaq qərarınız sahibkarlarda etimadı artırıb. Bununla bağlı növbəti addım olaraq hazırda Vergilər Nazirliyi tərəfindən və sosial müdafiə ilə bağlı aparılan yoxlamaların birləşdirilməsini təklif edirik. Şirkət vergilərini və sosial təminat ödənişlərini tam ödəyirmi? Daha az yoxlama bizneslər üçün daha az maneə deməkdir", - deyə N.Kərimov vurğulayıb.

Sizin Reklam Yeriniz