Dünya Bankı: "İqlim dəyişikliyi ən çox Ərəb dünyasına təsir edəcək"
Movqe.az xəbər verir ki, Dünya Bankı
tərəfindən hazırlanan bir hesabatda, Orta şərq və Şimali Afrikanın
iqlim dəyişikliyindən ən çox təsirlənəcək bölgələrdən biri olduğu
bildirilib. Qatarın paytaxtı Dohada təşkil edilən BMT-nin iqlim
dəyişikliyi konfransına təqdim edilən hesabatda, Orta şərq və
Şimali Afrikada gələcək illərdə daha az yağış olacağı, istiliklərin
və dəniz səviyyəsinin rekord səviyyədə yüksələcəyi bildirilib.
Hesabatda, istiliyin daha da artması vəziyyətində bölgədə ən çox su
və məhsul qıtlığı çəkiləcəyi vurğulanıb, bu çərçivədə əsas
xidmətlərin iqlim məlumatlarını əsas götürərək gücləndirilməsi
lazım olduğuna işarə olunub. Dünya Bankı səlahiyyətlilərindən İnger
Andersen, etdiyi şərhdə, "İqlim dəyişikliyi Ərəb ölkələrindəki
insanlar üçün bir həqiqətdir" deyərək, bu mövzuda milli və regional
səviyyədə tədbirlər görmək vaxtının gəldiyini bildirib.