Əlaqə Arxiv
news Image
2016.04.29
10:50
| A A A
Azərbaycanla Fransa arasında "Yeni ipək yolu" layihəsi çərçivəsində birgə əməkdaşlıq imkanları müzakirə olunub

Mərkəzi Bankın sədri Elman Rüstəmov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakıda səfərdə olan Fransa Respublikasının keçmiş Baş naziri Dominik de Vilpenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


Mərkəzi Bankın Beynelxalq emekdashliq ve kommunikasiya departamentindən Movqe.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasında iqtisadi əlaqələr, Azərbaycanda neft sektorundan asılı olmayan, diversifikasiya olunmuş iqtsadiyyat modelinin tətbiq edilməsi məqsədilə hazırda ölkədə keçirilən geniş miqyaslı iqtisadi islahatlar və bununla əlaqədar Azərbaycanın Fransa ilə iqtisadi əməkdaşlığın yeni perspektivləri müzakirə olunub.


E.Rüstəmov Azərbaycan və Fransa arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq, nümayəndə heyətinə Azərbaycanın makroiqtisadi göstəriciləri, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişaf məsələləri, hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi bankları arasında intensiv əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib.


Dominik de Vilpen öz növbəsində Bakının ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçdiyini qeyd edərək Azərbaycanın regional hadisələr fonunda uğurlu inkişaf dinamikası nümayiş etdirdiyini vurğulayıb. O, Fransanın inkişaf prioritetlərinə uyğun şəkildə Azərbaycanla sıx əməkdaşlığının davam etdirilməsində maraqlı olduğunu bildirib.


Görüşdə həmçinin, ölkələr arasında "Yeni ipək yolu" layihəsi çərçivəsində birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Sizin Reklam Yeriniz