SOCAR aprel ayı üçün xam neftin ixrac həcmlərini açıqladı
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2016-cı ilin aprel
ayında Novorossiysk limanından 159 min 599 ton, Supsa limanından
176 min 598 ton, Ceyhan limanından 1 milyon 112 min 953 ton xam
neft ixrac edib. Movqe.az SOCAR-ın saytına istinadən məlumat verir
ki, ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından
239 min 536 ton, Supsa limanından 776 min 198 ton, Ceyhan
limanından 5 milyon 741 min 694 ton, Kulevi terminalından isə 14
min 946 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş
xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin
özünə məxsus xam neft həcmlərini əks etdirir.