Əlaqə Arxiv
news Image
2012.12.11
10:23
| A A A
İCMALARIN DAVAMLI İNKİŞAFI TƏMİN EDİLİR

Movqe.az xəbər verir ki, Holcim (Azərbaycan) ASC və Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyətinin Qaradağ Sahil və Ümid qəsəbələrində mövcud olan icmaların davamlı inkişafının təmin edilməsi istiqamətində uğurlu əməkdaşlığı davam edir. Belə ki, Holcim (Azərbaycan) ASC-nin dəstəyi ilə Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyəti tərəfindən 2011-ci ilin iyul ayında yaradılmış Məşğulluq Məsləhət Mərkəzində icma üzvlərinə - işə düzəlməyə dair xüsusi treninqlər keçirilmiş, gənc icma üzvlərinə karyeralarının qurulması istiqamətində məsləhətlər verilmiş dəyirmi masalar təşkil edilmişdir.

Qeyd etmək lazımdır ki, Mərkəzə müraciət edən Sahil və Ümid qəsəbə sakinləri arasında mövcud icma üzvləri əksəriyyət təşkil etmiş və onlar birbaşa olaraq Mərkəzin fəaliyyətindən bəhrələnmişlər. Bununla yanaşı icma üzvlərinə Dövlət Sosial Yardım Proqramı ilə bağlı informasiya sesiyalarının və sosial reabilitasiya xarakterli dəyirmi masaların təşkil edilməsi davam etdirilmişdir. 2011-ci ilin iyul ayından indiyə qədər Sahil və Ümid qəsəbələrində 1500-dən çox qəsəbə sakinləri əhatə edilmiş, bunlardan da qaçqın və məcburi köçkün icma nümayəndələrinin 300-dən çox üzvü Məşğulluq Məsləhət Mərkəzinin fəaliyyətindən müxtəlif formalarda bəhrələnmişlər.

Fəaliyyətlər nəticəsində gənc icma üzvlərinin karyera yüksəlişi istiqamətində iki mühüm məsələnin həllinin aktuallığı aşkar edilmişdir. Bunlardan birincisi ali və orta ixtisas təhsilli gənc məzun icma üzvlərini kiçik müddətli spesifik treninqlərlə əhatə etməklə onların bilik və bacarıqlarına müxtəlif müəsisə və şirkətlərin konkret tələb paketlərinə uyğun əlavələrin edilməsi, ikincisi isə orta məktəbi bitirmiş gənc icma üzvlərini peşə yönümlü treninqlərlə əhatə etməklə onların sərbəst iş yerlərinə istiqamətlənməsinin effektivliyinin artırılmasından ibarətdir.

Hal hazırda Holcim (Azərbaycan) ASC ilə Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyəti arasında gənc qəsəbə sakinləri ilə birgə qaçqın və məcburi köçkün icma nümayəndələrinə peşə yönümlü treninqlərin keçirilməsinə dair razılıq əldə edilmiş və bu layihənin tezliklə həyata keçirilməsi planlaşdırılır.

Sizin Reklam Yeriniz