Əlaqə Arxiv
news Image
2012.12.19
18:20
| A A A
«Qazprom» Türkiyə və Avropa üçün qazın qiymətini endirir
Rusiyanın "Qazprom" şirkəti gələn ildən Türkiyə də daxil olmaqla Avropaya satdığı təbii qazın qiymətini endirəcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, şirkət bu addımı müştərilərindən gələn çoxlu tələbləri qarşılıya bilmək və bazarda rəqabət apara bilmək üçün atdığını bildirib.
"Qazprom"dakı mənbənin sözlərinə görə, 2013-cü ildə 1000 kubmetr qazın qiyməti 400 dollardan 370 dollara endiriləcək: "İl ərzində bu qiymətlərin dəyişmə ehtimalı var".
Qeyd edək ki, "Qazprom"um qaz ixracatında Avropa bazarı əsas yeri tutur. İxrac gəlirlərinin 80%-ni Avropadan əldə edən şirkət bazardakı mövqeyini qorumaq istəyir.
Gələn il Rusiya Avropaya ixrac etdiyi qazın həcmini 140 mlrd. kubmetrdən 152 mlrd. kubmetrə qədər artırmağı planlaşdırır.
Sizin Reklam Yeriniz