Əlaqə Arxiv
news Image
2016.07.05
09:30
| A A A
Azərbaycan fermerləri Rusiya bazarlarında yerilərini qoruyur
Firdovsi Fikrətzadə: “Bəzi istiqamətlər üzrə Rusiyada azərbaycanlı ixracatçıların mövqeləri möhkəmlənib” Çingiz Fərəcov: “Azərbaycanın elə xüsusi məhsulları var ki, Rusiya ondan imtina edə bilməz”

Azərbaycan Rusiyaya pomidor ixracını kəskin artırıb. Hazırda Rusiya bazarında pomidorların 7,4%-i Azərbaycanın payına düşür. Halbuki, ötən il bu göstərici 1% olub. İxracda artım yalnız pomidorla kifayətlənmir. Digər kənd təsərrüfatı məhsulları üzrə də müxtəlif artımlar qeydə alınıb.

İndi isə məlumduur ki, Rusiya Türkiyəyə qarşı sanksiyaları mərhələli şəkildə aradan qaldırır. Bəzi ekspertlərin fikrincə, bu amil Azərbaycandan Rusiyaya ixracın həcminə müəyyən qədər təsir edə bilər. Ancaq Rusiyada Azərbaycan məhsullarına tələbatın dah ada artacağını düşünənlər də var.

Kənd Təsərrüfati Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə bildirir ki, Azərbaycandan Rusiyaya ixracatda heç bir dəyişiklik olmayacaq: "Çünki, biz ənənəvi olaraq Rusiyada bazarında iştirakçı olmuşuq. İndi də bəzi istiqamətlər üzrə də Rusiyada azərbaycanlı ixracatçıların mövqeləri möhkəmlənib. Artıq əməkdaşlıq formalaşdığından həmim mövqelər oturuşub. Bundan sonra da o formada davam edəcək. Yəni, ixracda hansısa xüsusi dəyişiklik yoxdur. 

Həm də Azərbaycan məhsullarının ixracının artması yalnız Türkiyə-Rusiya münasibətlərinin korlanmasına görə deyildi. Nəzərə alaq ki, Azərbaycanın devalvasiya siyasəti də buna təsir göstərib. Manatın devalvasiyasına görə Azərbaycanın ixrac qabiliyyəti yüksəldi. Hansı ki, əvvəllər - rublun devalvasiyası zamanı Rusiyaya ixrac Azərbaycan üçün sərfəli deyildi. Manatın devalsiyası isə bizə sərf etdi. Bu amil də ixracı artırdı. Eyni zamanda Azərbaycan dövləti ixracın stimullaşdırılması üçün subsidiya siyasəti bəyan edib. Yəni, bu il Rusiyaya ixracın artması yalnız Türkiyənin həmin bazardan çıxması ilə bağlı deyil". 

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Çingiz Fərəcov isə qeyd edir: "Nəzərə alaq ki, Türkiyədə kifayət qədər kənd təsərrüftı, xüsusən də tərəvəz və bostan məhsulları istehsal olunur. Rusiya da tarixən Türkiyə kənd təsərrüfatı məhsullarının bazarı olub. 

Son zamanlar Türkiyədən Rusiyaya ixracın qarşısı alınmışdı. Ona görə də Türkiyə üçün çətinlik yaranmışdı. İndi isə həmin çətinlikər yenidən aradan qaldırılıb. Azərbaycanın Türkiyə-Rusiya münasibətlərinin kəskinləşdiyi dövrdə ixracı artırmışdı. Çünki, sahibkarlar Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsindən istifadə edib məhsullarını Rusiyaya göndərirdilər. İndiki vəziyyətdə isə məhsullarının böyük əksəriyyətini daxili bazarlara göndərəcəklər. Nəticədə daxildə məhsul bolluğu yaranacaq. Bununla qiymətlər də aşağı düşə bilər. Lakin nəzərə alaq ki, Rusiyada məhsullara olan tələbat istənilən səviyyədə ödənilmir. Ona görə Azərbaycan yenə də tərəvəz və meyvə məhsullarının ixracını davam etdirəcək. 

Eyni zamanda Azərbaycanın elə xüsusi məhsulları var ki, Rusiya ondan imtina edə bilməz. Məsələn, Azərbaycanda feyxoa məhsulları var. Yəni, Rusiyaya feyxoa cemi, feyxoa kompotu göndərmək mümkündür. Həmçinin, kiçik miqdarda  olsa da, Azərbaycandan Rusiyaya limon döndərmək olar. Çünki, Azərbaycan limonu turşuluğuna, ekoloji göstəricisinə görə üstündür. Eyni zamanda dəfnə yarpağı, naringi göndərmək olar. Bunlardan başqa, heyvandarlıq məhsullarının ixracı artırılmalıdır. O heyvan məhsulları ki, respublikamızın brendləridir. Bu sırada şor, dovğa, ayran, Azərbaycan qatığının adını çəkə bilərik. Rusiyanın bu məhsullara böyük ehtiyacı var. Yəni, boşluğu bu məhsullarla doldurmaq mümkündür".


Sizin Reklam Yeriniz