Əlaqə Arxiv
news Image
2012.12.21
14:27
| A A A
ABŞ-da artıq bir "B Planı" yoxdur

Movqe.Az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) Respublikaçılar, ölkə maliyyəsinin uçuruma sürüklənməsinə mane olmaq məqsədiylə Barak Obamaya təqdim etdikləri "B Planı" ilə bağlı razılıq əldə olunmayıb.

Respublikaçıların Nümayəndələr Məclisində keçirdikləri səsvermədə, alternativ planın çox az bir fərqlə qəbul edilmədiyi bildirilir. ABŞ prezidenti Barak Obama da

"B Planı" nı qəbul etməyəcəyini açıqlamışdı.

Obama Nümayəndələr Məclisinin rəhbəri John Boehner tərəfindən təqdim edilən və gəliri 1 milyon dolların altında olan insanların vergisini yüksəldərək əlavə gəlir təmin etməsi nəzərdə tutulan planın əslində zənginlərə vergi endirimi təmin edəcəyini dilə gətirmişdi.

Sizin Reklam Yeriniz