Əlaqə Arxiv
news Image
2012.12.27
11:33
| A A A
Azərbaycan gələn il inflyasiyanı 5-6% səviyyəsində saxlamaq niyyətindədir

Azərbaycan Mərkəzi Bankının (AMB) 2013-cü il üçün pul siyasətinin əsas hədəfi illik inflyasiyanın 5-6% səviyyəsində təmin olunmasıdır. "APA-Economics"in məlumatına görə, bu barədə AMB-nin 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Bəyanata əsasən, bunun üçün Mərkəzi Bank klassik tənzimləmə alətləri ilə pul kütləsinin artım tempinə təsir etməyə çalışacaq.

"Eyni zamanda uzunmüddətli dövrdə inflyasiyaya və iqtisadi tsiklə təsir baxımından pul siyasətinin yeni, daha effektiv rejiminin tətbiqi istiqamətində zəruri makroiqtisadi, institusional və struktur şərtlərin təmin olunması diqqətdə saxlanacaq", - deyə sənəddə bildirilir.

Sizin Reklam Yeriniz