Əlaqə Arxiv
news Image
2016.10.04
16:52
| A A A
Dövlət fondlarının vəsaitini təyinatı üzrə istifadə etməyənləri cinayət məsuliyyəti gözləyir

Azərbaycanda büdcədədənkənar dövlət fondlarının vəsaitlərini təyinatı üzrə istifadə etməyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər.


Milli Məclisdən Movqe.az-a verilən məlumata görə, bununla əlaqədar "Büdcə sistemi haqqında" qanuna yeni əlavə və dəyişikliklər edilir.


Yeni layihəyə əsasən, büdcədədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyət daşıyacaqlar.


Bununla yanaşı, məqsədli büdcə fondlarının təyinatı üzrə istifadə edilməməsinə görə də vəzifəli şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

Sizin Reklam Yeriniz