Əlaqə Arxiv
news Image
2016.10.05
20:00
| A A A
ABŞ zabiti: Türkiyə ordusunun İraqda olması qeyri-qanunidir

İraq ərazisində olan Türkiyə hərbçiləri İraq hökumətinə İŞİD ilə mübarizədə dəstək verən beynəlxalq koalisiya qüvvələrinə daxil deyil.


Movqe.az-ın məlumatına görə, bunu İraqdakı beynəlxalq koalisiya qüvvələrinin mətbuat katibi polkovnik Con Dorrian deyib.


O qeyd edib ki, İraq ərazisində olan Türkiyə ordusu rəsmi icazə ilə gəlməyib və qeyri-qanunidir:


"Məlum olduğu kimi, bəzi ölkələr İraq hökumətinin icazəsi ilə beynəlxalq koalisiya qüvvələrinin tərkibində əməliyyat aparırlar. Bu qüvvələr İŞİD ilə mübarizədə İraq ordusuna havadan və qurudan dəstək verirlər"./trend/

Sizin Reklam Yeriniz