Əlaqə Arxiv
news Image
2016.10.07
15:19
| A A A
Sentyabrda Ceyhan limanından 2 mln. tondan artıq neft dünya bazarlarına çıxarılıb

Sentyabr ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb.


Movqe.az  SOCAR-ın saytına istinadən xəbər verir ki, sentyabr ayı ərzində 2 milyon 37 min 633 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 942 min 882 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib). Cari ilin yanvar- sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 22 milyon 140 min 885 ton təşkil edib.


Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 313 milyon 334 min 657 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Sizin Reklam Yeriniz