Əlaqə Arxiv
news Image
2016.10.08
10:00
| A A A
Əhali kredit kartlarından imtina edir
Ayaz Quliyev: “Kredit kartlarının sayının azalmasının məlum səbəbləri var”

Son araaşdırmalar ölkədə kredit kartlarının sayında ciddi azalmalar olduğuun üzə çıxarır. Belə ki, 2016-cı ilin avqust ayında iyul ayı ilə müqayisədə kredit kartları 16 min ədəd azalaraq 728 min ədədə düşüb. Halbuki, 2015-ci ilin yanvar ayında kredit kartlarının sayı ən maksimum həddinə - 1 milyon 322 min ədədə qalxmışdı.

 Ötən müddət ərzində kredit kartlarının sayı 594 min ədəd azalıb. Təkcə 2016-cı ilin 8 ayı ərzində kredit kartlarının sayı 282 min ədəd azalıb. İqtisadçıalr bu azalmanı kredit şərtləri sərtləşdirilməsi ilə əlaqələndirirlər. Belə ki, şərtlər sərtləşdirildikdən sonra kredit kartları almaq çətinləşib və ya bir sıra banklar ümumiyyətlə, kredit kartı satmırlar.

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri     Ayaz Quliyev bildirir ki, kredit kartlarının sayının azalmasının məlum səbəbləri var: "İlk növbədə bankların sayında azalma var. Bütövlükdə bank sektoru durğunluq dövrünü yaşayır. Bank işləməsi üçün həm də kredit verilməlidir. Krediti verərkən onu yığmaq da çətinlləşib. 

Bundan başqa, lisenziya alınması faktları olmasa da, kredit ittifaqlarının sayı azalıb. Son 3 ildə kredit ittifaqlarından cəmi ikisinin lisenziyası alınıb. Sadəcə, fəaliyyət göstərənlərin də hərəkətlərində ləngimə yaşanır. Bu da maliyyələşmə ilə əlaqədadır. Artıq xeyli sayda kredit ittifaqları maliyyələşə bilmir. Çünki, maliyyələşmə üçün kənardan donor cəlb etmək çətinləşib. Xarici donorlar indiki vəziyyətdə maliyyələşmədə maraqlı deyillər. Daxildə isə kredit ittifaqlarını maliyyələşdirən  Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyidir. İkinci təşkilat kredit ittifaqlarını maliyyələşdirməkdə çox çətinlik çəkir.  Sahibkarlığa Kömək Milli Fondu isə 25 kredit ittifaqını maliyyələşdirir. Ancaq Fond nizamnaməyə uyğun olaraq hərəkət etdiyindən yardım limitlər daxilində ayrılır. Ona görə də kredit ittifaqları üzv cəlb edə bilmir, fəaliyyətlərində ləngimələr var".

Sizin Reklam Yeriniz